Bu gün Azərbaycan Premyer Liqasında qısamüddətli fasilə başa çatacaq və 19-cu tura start veriləcək.
“Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov ötən müddət ərzində komandaların keçdiyi təlim-məşq toplanışları barədə danışıb, onların mövcud durumları ilə bağlı qısa təhlillər verib.
“Turan Tovuz”un transferlərinə toxunan tanınmış jurnalist maraqlı şərhlərlə diqqət çəkib:
“Premyer Liqada fasilə başa çatır. “Qarabağ” son mövsümlər olduğu kimi yenə favoritdir.
Əsas diqqət 2-4-cü yerlər uğrunda gedən mübarizəyə yönələcək. “Araz Naxçıvan”ı fərqləndirmək istərdim.
Görünən odur ki, “Neftçi” azarkeşləri yenə gözləməli olacaq. “Zirə”də isə yarımmüdafiənin mərkəzində yaradıcı oyunçu əksikliyi hiss edilə bilər”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN