“Ötən ilin son günlərində “Sevilya” ilə “Qarabağ”ın Juninyonun transferində anlaşdıqlarını, braziliyalı forvardın yanvar ayının əvvəlində İspaniyaya yollanacağını demişdik.
Ancaq transfer prosesində imzanın mürəkkəbi qurumamış heç nə birmiş sayılmırmış, hələ məsələnin mərkəzində braziliyalı futbolçudursa.... “Flamenqo”nun 1 milyon avro artıq təklifi Juninyonun istiqamətini dəyişdi.
Yəni, “Sevilya”nın bir neçə gün məşqlərdə gözlədiyi Juninyo fikrindən daşınıb, klubları da çətin vəziyyətdə qoydu.
“Qarabağ”ın oyunçu izləmə komitəsinin sistemi necə düzgün qurduğunun şahidi olduq. Kadidən sonra Juninyodan da 5 milyon avro qazanılması klub adına mükəmməl nəticədir”.
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist braziliyalı hücumçunun “Qarabağ”dan “Flamenqo”ya transferi barədə danışıb, “Sevilya”nın bu keçiddə “ofsayd”da qaldığını bildirib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN