AFFA Premyer Liqa klublarına əlavə maliyyə vəsaiti ayırmağı qərara alıb.
Federasiyadan saytımıza bununla əlaqədar son dəqiqə məlumatı daxil olub.
Bildirilib ki, növbəti mövsümdən etibarən azərbaycanlı futbolçulara görə komandalar bonus əldə edəcək.
İcrasına başladılması lazım bilinən layihəyə əsasən, yaşı 21-dək olan oyunçuların xidmətindən yararlanmaq elita mənsublarına müəyyən bir məbləğ qazandıracaq.
İştirakçılar hər dəfə meydana buraxdıqları gənclərə görə 500-1000 min manat civarında vəsait əldə edəcək.
Verilən məlumatda qeyd olunub ki, bu məsələ İcraiyyə Komitəsinin növbəti iclasıda rəsmi təsdiqini tapacaq. Bu yenilikdə məqsəd klubları yerli futbolçulara şans verməyə təşviq etməkdir.
SPORTİNFO.AZ