COP29

“Qarabağ”gözünü yumub açdı, “Bayern” və “Qalatasaray”ı gördü

1 Yanvar 15:40 Premyerliqa 6 362
“Qarabağ”gözünü yumub açdı,  “Bayern” və “Qalatasaray”ı gördü

Avropanın milli çempionatlarında ən çox qol vuran komandaların siyahısı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın lideri “Qarabağ” da cədvəlin ilk “onluğ”unda qərarlaşır.

Mövsümün ilk yarısında keçirilən 18 oyunda rəqib qapılarından 47 top keçirən Ağdam təmsilçisi bu göstəriciyə görə qitənin ən məhsuldar 10-cu komandasıdır.

Qurban Qurbanovun yetirmələri Almaniya “Bayern”i və Türkiyə “Qalatasaray”ı ilə birlikdə 10-cu yeri bölüşdürür.

Siyahıya “Srvena Zvezda” başçılıq edir. Belqradlılar Serbiya çempionatının 20 matçında 71 dəfə fərqləniblər.

Rumıniya klubu “Styaua” ölkə çempionatının 22 görüşündə vurduğu 62 qolla ikinci sırada yer alır. PSV isə Niderland liqasının 17 qarşılaşmasında vurduğu 59 qolla ilk “üçlüy”ü qapayır.

“Qarabağ” orta hesabla hər oyunda 2,61 qola imza atıb. Bu göstəriciyə görə çempionatımızın lideri Avropanın 18-ci komandasıdır.

Orta məhsuldarlıq Rumıniya klublarında daha yüksəkdir.

Belə ki, “Universitatea Krayova” və “Farul” ilk iki pillədə qərar tutur. “Universitatea Krayova” orta hesabla hər görüşdə 5,27 qol, “Farul” isə 4,64 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti