COP29

“İstərdim ki, Azərbaycan çempionatında komanda sayı çox olsun”

1 Yanvar 09:25 Premyerliqa 490
“İstərdim ki, Azərbaycan çempionatında komanda sayı çox olsun”

“İstərdim ki, Azərbaycan çempionatında komanda sayı çox, rəqabət fərqli olsun”.

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, Premyer Liqa barədə fikirlərini bildirərkən çempionatın lideri “Qarabağ”la digərləri arasında fərqin böyüklüyündən narahatlığını gizlətməyib:

“Premyer Liqada ikinci dövrə başa çatdı. Birinci yerlə ikinci pillədəki komandanın xal fərqi məni çox narahat edir.

“Qarabağ” son illərin dəyişilməz çempiondur. Lakin bu kollektivlə rəqabət aparacaq komanda yoxdur”.

Nazir qeyd edib ki, rəqabətin yaranması elə “Qarabağ”ın da lehinə olacaq:

“Rəqabət olarsa, Ağdam klubu da inkişaf edəcək. Bu gün “Qarabağ” avrokuboklarda uduzanda məyus oluruq, deyirik ki, niyə qalib gəlmədi?

Amma gəlin xatırlayaq, əvvəlki illərdə heç ilkin mərhələni keçə bilmirdik”.

18 turdan sonra 47 xala malik “Qarabağ” ikinci yerdən 8, üçüncü pillədən 15 xal öndədir.

Digər Xəbərlər
Xəbər Lenti