Premyer Liqanın başa çatan ilk yarlısında ən çox futbolçudan yararlanan klublar bəlli olub.
Sportinfo.az xəbər verir ki, "Kəpəz" bu göstəricidə hamını qabaqlayır.
Gəncə klubu 18 turda 28 futbolçudan istifadə edib. “Qarabağ” ikinci göstəriciyə malikdir – 27.
“Sumqayıt” 26, “Neftçi”, “Sabah” və “Zirə” eyni sayda – hərəyə 25 futbolçuya ehtiyac duyub.
Bu rəqəm “Araz-Naxçıvan”da 23, “Şamaxı” ilə “Səbail”də 22-yə bərabərdir. Ən az oyunçudan yararlanan “Turan Tovuz”dur. Qərb təmsilçisi 18 turu 21 futbolçu ilə keçirib.
Ən çox oyunçudan yararlanan “Kəpəz” 9-cu, ən az futbolçudan istifadə edən “Turan Tovuz” 3-cü pillədə qərarlaşıb.