COP29

Premyer Liqa məşqçiləri gənclərin “belini qırır”

1 Yanvar 00:50 Premyerliqa 470
Premyer Liqa məşqçiləri gənclərin “belini qırır”

CİES 21 yaşadək futbolçuların milli çempionatlarda çıxışı ilə bağlı hesabat hazırlayıb.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa gənclərə ən az şans verilən çempionatlar sırasında yer alıb.

Mövsümün arxada qalan hissəsində meydana çıxan 212 futbolçudan yalnız 9-nun yaşı 21-ə qədərdir. Bu, araşdırma aparılan 65 liqa arasında 62-64-cü nəticədir.

Çin və Yunanıstanda da cəmi 9 gəncə şans verilib. Antirekord isə Kipr çempionatına məxsusdur. Ada ölkəsinin liqasında cəmi 7 gənc meydana çıxıb.

Premyer Liqadakı 9 gəncdən biri olan Nəriman Axundzadə isə müsbət mənada fərqlənib.

O, sağ cinah vingerlərinin zərbələrinə assistentlikdə 75,1 əmsalla dünyada 7-ci olub. Bu göstəricidə rekord “Real”ın türkiyəli futbolçusu Arda Gülere məxsusdur – 81,4.

Digər Xəbərlər
Xəbər Lenti
3 Yanvar 20:00 Çək və bizə göndər!