COP29

AFFA-dan gələn bu xəbər Premyer Liqa klublarını ŞOK EDƏCƏK!

30 Dekabr 2024 17:45 Premyerliqa 2 505
AFFA-dan gələn bu xəbər Premyer Liqa klublarını ŞOK EDƏCƏK!

AFFA Premyer Liqa ilə bağlı yeni qərar qəbul edəcək.

Bu barədə federasiyadan saytımıza bildirilib.

Redaksiyamıza məlumat verilib ki, elita təmsilçilərinə tətbiq olunan legioner rüsumu iki dəfə artırılacaq.

Belə ki, yüksək liqanın yarışmaçıları əcnəbi futbolçuların iştirak ərizəsinə daxil edilməsinə görə əlavə vəsait ödəyəcək.

Buna əsasən, 8 legionerlə müqavilə imzalayanlar onların hər birinə görə 10 min manat xərcə düşəcək.

8-12 arası xarici oyunçunun qeydiyyata düşməsi üçün 20 min manat istəniləcək. 13-cü və ondan yuxarı sayda legionerin ölkə çempionatında iştirakı üçün 100 min manat vermək lazım gələcək.

AFFA-dan gələn xəbərdə o da qeyd olunur ki, bu dəyişiklik İcraiyyə Komitəsinin qarşıdakı iclasında rəsmiləşdiriləcək.

Eyni zamanda, Peşəkar Futbol Liqası (PFL) səlahiyyətlərindən və maliyyə dayaqlarından birini itirmək üzrədir.

PFL 2025-ci ilin yayından etibarən Premyer Liqa klublarından legioner rüsumu toplaya bilməyəcək.

AFFA İcraiyyə Komitəsinin son iclasında məsələ geniş müzakirəyə çıxarılıb və üzvlərin mütləq əksəriyyəti təklif olunan yeniliyi dəstəkləyib.

Buna əsasən, elita təmsilçiləri müqavilə bağladıqları əcnəbi futbolçuların qeydiyyata alınması üçün vəsait ödəyəcək, amma çempionatın təşkilatçısı olan quruma yox.

Dəyişikliyə görə, AFFA-nın nəzdində xüsusi fond yaradılacaq və klublar məhz ora köçürmə edəcək.

Biləsiz ki, Premyer Liqanın gələn mövsümündə legioner limiti tətbiq olunmayacaq.

Federasiya prezidenti Rövşən Nəcəf və İcraiyyə Komitəsinin əksər üzvləri əcnəbilərə qoyulan məhdudiyyətin götürülməsinə müsbət yanaşıb.
Limit tam ləğv ediləcək, amma bununla əlaqəli bəzi yeni qaydalar da əsasnaməyə əlavə olunacaq.

Burada legionerlərin iştirak ərizəsinə salınmasından və rüsumlardan söhbət gedir.

İcraiyyə Komitəsi yanvarda növbəti iclasını keçirib. Yekun qərar verilib, rəsmi açıqlama məhz o vaxt açıqlanacaq.

Hazırda Premyer Liqada legioner limiti 7+4-dür. Mövcud limit artıq neçə ildir tətbiq olunur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti