COP29

ŞOK HESABAT! - Hakimlər “Turan”i necə irəli dartırlar?

30 Dekabr 2024 01:10 Premyerliqa 766
ŞOK HESABAT! - Hakimlər “Turan”i necə irəli dartırlar?

Premyer Liqada mövsümün ilk yarısında ən çox penalti yerinə yetirən komanda bəlli olub.

Sportinfo.az xəbər verir ki, 18 tur ərzində baş tutan 90 oyunda iyirmi 11 metrlik cərimə zərbəsi yerinə yetirilib.

Bu göstəriciyə görə "Turan Tovuz" birinci pillədə qərarlaşıb. Bölgə təmsilçisinin üzvləri 18 qarşılaşmada 6 dəfə penalti nöqtəsinə yaxınlaşıblar. Bunlardan üçü isə qeyri-dəqiq alınıb.

İkinci və üçüncü sıraları "Araz-Naxçıvan"la "Sabah" kollektivləri bölüşürlər. Hər iki klubun oyunçuları 18 matçda 3 dəfə 11 metrlik cərimə zərbəsi yerinə yetiriblər.

Naxçıvanlılar penaltilərin hamısını dəqiq yerinə yetiriblər. Paytaxt təmsilçisində isə bir penalti qolla nəticələnməyib.

Premyer Liqada 18 turun penalti mənzərəsi:
"Turan Tovuz" - 6 penalti (üçü qeyri-dəqiq)
"Araz-Naxçıvan" - 3 penalti (hamısı dəqiq)
"Sabah" - 3 penalti (biri qeyri-dəqiq)
"Zirə" - 2 penalti (hər ikisi dəqiq)
"Qarabağ" - 2 penalti (hər ikisi dəqiq)
"Kəpəz" - 2 penalti (biri qeyri-dəqiq)
"Sumqayıt" - 1 (dəqiq)
"Səbail" - 1 (qeyri-dəqiq)
"Neftçi" - penalti vurmaq imkanı qazanmayıb
"Şamaxı" - penalti vurmaq imkanı qazanmayıb

Premyer Liqada mövsümün ikinci yarısına yanvarın 17-də start veriləcək. XIX turun açılış matçında "Qarabağ" doğma meydanda "Şamaxı" ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti