COP29

PFL-in səlahiyyəti əlindən alınır: Daha klublardan pul yığa bilməyəcək – MÜHÜM XƏBƏR!

29 Dekabr 2024 21:15 Premyerliqa 733
PFL-in səlahiyyəti əlindən alınır: Daha klublardan pul yığa bilməyəcək – MÜHÜM XƏBƏR!

Peşəkar Futbol Liqası (PFL) səlahiyyətlərindən və maliyyə dayaqlarından birini itirmək üzrədir.

Bununla bağlı redaksiyamız olduqca mühüm məlumat əldə edib.

Saytımızın aldığı informasiyaya görə, PFL 2025-ci ilin yayından etibarən Premyer Liqa klublarından legioner rüsumu toplaya bilməyəcək.

AFFA İcraiyyə Komitəsinin son iclasında məsələ geniş müzakirəyə çıxarılıb və üzvlərin mütləq əksəriyyəti təklif olunan yeniliyi dəstəkləyib.

Buna əsasən, elita təmsilçiləri müqavilə bağladıqları əcnəbi futbolçuların qeydiyyata alınması üçün vəsait ödəyəcək, amma çempionatın təşkilatçısı olan quruma yox.

Dəyişikliyə görə, AFFA-nın nəzdində xüsusi fond yaradılacaq və klublar məhz ora köçürmə edəcək.

Biləsiz ki, Premyer Liqanın gələn mövsümündə legioner limiti tətbiq olunmayacaq.

Federasiya prezidenti Rövşən Nəcəf və İcraiyyə Komitəsinin əksər üzvləri əcnəbilərə qoyulan məhdudiyyətin götürülməsinə müsbət yanaşıb.

Limit tam ləğv ediləcək, amma bununla əlaqəli bəzi yeni qaydalar da əsasnaməyə əlavə olunacaq. Burada legionerlərin iştirak ərizəsinə salınmasından və rüsumlardan söhbət gedir.

İcraiyyə Komitəsi yanvarda növbəti iclasını keçirib. Yekun qərar verilib, rəsmi açıqlama məhz o vaxt açıqlanacaq.

Hazırda Premyer Liqada legioner limiti 7+4-dür. Mövcud limit artıq neçə ildir tətbiq olunur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2024 22:30 “Neftçi”də neçə lider var?