Premyer Liqanın dəyəri qalxıb.
Sportinfo.az-ın "Transfermarkt" portalına istinadən məlumatına görə, çempionatda çıxış edən futbolçuların ümumi bazar qiyməti 90.08 milyon avrodan 100.30 milyon avroya (11.4 faiz qalxıb) yüksəlib.
Klublardan yalnız "Neftçi"nin heyətinin qiymətində azalma müşahidə olunur. "Ağ-qaralar"ın oyunçularının ümumi dəyəri 12.03 milyon avrodan 10.55 milyon avroya (-12.3 faiz) düşüb.
Faiz nisbətində (82.6 faiz) ən çox artım isə "Şamaxı"da qeydə alınıb. Bölgə təmsilçisinin oyunçularının ümumi dəyəri 3.03 milyon avrodan 5,53 milyon avroya qalxıb.
Premyer Liqa komandalarının futbolçulara görə bazar dəyəri:
1. "Qarabağ": 22.65 milyon avro (əvvəlki 20.33 milyon avro) - 12 faiz artıb
2. "Zirə": 12.40 milyon avro (əvvəlki 11.58 milyon avro) - 7.1 faiz artıb
3. "Sabah": 11.95 milyon avro (əvvəlki 11.75 milyon avro) - 1.7 faiz artıb
4. "Sumqayıt": 10.95 milyon avro (əvvəlki 10.68 milyon avro) - 2.6 faiz artıb
5. "Neftçi": 10.55 milyon avro (əvvəlki 12.03 milyon avro) - 12.3 faiz azalıb
6. "Araz-Naxçıvan": 7.75 milyon avro (əvvəlki 5.53 milyon avro) - 40.3 faiz artıb
7. "Turan Tovuz": 7.48 milyon avro (əvvəlki 5.60 milyon avro) - 33.5 faiz artıb
8. "Kəpəz": 6.13 milyon avro (əvvəlki 5.48 milyon avro) - 11.9 faiz artıb
9. "Şamaxı": 5.53 milyon avro (əvvəlki 3.03 milyon avro) - 82.6 faiz artıb
10. "Səbail": 4.93 milyon avro (əvvəlki 4.20 milyon avro) - 17.3 faiz artıb