COP29

Azərbaycanın ən intizamsız komandaları - SİYAHI

00:40 Premyerliqa 446
Azərbaycanın ən intizamsız komandaları - SİYAHI

Premyer Liqanın ilk yarısında ən çox sarı və qırmızı vərəqə alan komandalar bəlli olub.

Sportinfo.az xəbər verir ki, sarı vərəqələrə əsasən siyahının ilk pilləsində "Sumqayıt" kollektivi qərarlaşıb.

"Gənclik şəhəri" təmsilçisinin üzvləri 18 matçda 46 dəfə belə halla üzləşiblər.

"Şamaxı" (40) 2-ci yerdədir. "Kəpəz" və "Turan Tovuz" (hər ikisi 39) 3-4-cü mövqeləri bölüşürlər. "Araz-Naxçıvan" (38) 5-ci, "Səbail" (36) 6-cı, "Sabah" (34) 7-ci, "Neftçi" (33) 8-ci, "Qarabağ" (25) 9-cu, "Zirə" (22) isə 10-cu olub.

Baş hakimlər mövsümün ilk yarısında çempionat qarşılaşmalarında cəmi 6 qırmızı vərəqə göstəriblər.

"Kəpəz"dən Elmir Tağıyevlə Dioqo Verdaska, "Şamaxı"dan Brahim Konate, "Qarabağ"dan Elvin Cəfərquliyev, "Araz-Naxçıvan"dan Turan Vəlizadə, "Neftçi"dən Edvin Kuç matç vaxtı komandalarını azlıqda qoyublar.

Xəbər Lenti