Dünya klublarının yeni reytinq cədvəli açıqlanıb.
Sportinfo.az xəbər verir ki, Premyer Liqada çıxış edən komandaların mövqelərində dəyişiklik olub.
10 min klubun yer aldığı cədvəldə ən reytinqli klubumuz “Qarabağ”dır. 11 pilləlik irəliləyişə nail olan Ağdam təmsilçisi dünyanın 162-cisidir.
“Zirə”, “Neftçi”, “Şamaxı” və “Kəpəz” də ötən müddətdə irəliləyişə nail olublar. Bu baxımdan “Şamaxı”nın sıçrayışı xüsusi diqqət çəkir. Bölgə komandası düz 162 addım irəliləyib.
Əvəzində “Sabah” 77, “Səbail” 54 pillə geriləyib. Həmçinin “Turan Tovuz”, “Araz-Naxçıvan” və “Sumqayıt”da da geriləmə müşahidə olunub.
Dünya reytinqinə 100 xalla “Liverpul” (İngiltərə) başçılıq edir. İtaliya “İnter”i (99,4) ikinci, İngiltərə “Arsenal”ı (98,7) üçünü sıradadır.
Premyer Liqadakı klubların dünya reytinqindəki mövqeləri:
162 (173). “Qarabağ” – 81,9 xal
605 (619). “Zirə” – 75,0
739 (662). “Sabah” – 73,8
865 (851). “Turan Tovuz” – 72,7
1078 (1074). “Araz-Naxçıvan” – 71,1
1102 (1122). “Neftçi” – 71,0
1320 (1307). “Sumqayıt” – 69,4
1701 (1863). “Şamaxı” – 67,3
2066 (2012). “Səbail” – 65,8
2362 (2373). “Kəpəz” – 64,7