“Premyer Liqada ikinci dövrəyə yekun vuruldu.
Mübarizə, əzmkarlıq olsa da, keyfiyyət və sürət istənilən səviyyədə deyil.
“Qarabağ”ın futbolunu izlədikdə, tam əmin olursan ki, səviyyə fərqi yüksəkdir.
“Kəpəz”də Azər Bağırova dəstək olarsa, heyət gücləndirilərsə, fərqli futbol izləyə bilərik.
“Şamaxı” isə Ayxan Abbasovun sayəsində nəsə göstərməyə çalışır.
Etiraf edək ki, əgər heyət arzulanan səviyyədə olarsa, komandaya kənardan müdaxilələr baş vermərsə, Ayxan Abbasov fərqini tam şəkildə nümayiş etdirə bilər”.
Bu fikirlər “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Premyer Liqada başa çatan 18-ci turla bağlı maraqlı fikirlər səsləndirib.
Çempionatın ikinci dövrəsindəki prosesləri dəyərləndirən E.Cəfərov futbolumuzda çatışmazlıqlarla bağlı məsələlərə xüsusi diqqət yetirib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN