Növbəti mövsümdən etibarən Premyer Liqada legioner limiinin ləğvi gündəmdədir.
Bu barədə AFFA-dan redaksiyamıza məlumat verilib.
Federasiyadan bildirilib ki, bu məsələ İcraiyyə Komitəsinin (İK) son toplantısında geniş müzakirə olunub.
İK üzvləri əsasən iki variantın üzərində dayanıb: limitin «7+4»dən «8+3»ə dəyişdirilməsi və ümumiyyətlə, limitin ləğvi.
İclasda qeyd olunub ki, çempionatın bir sıra iştirakçıları yerli oyunçu bazasının məhdud olmasını əldə əsas tutaraq, legionerlərə qoyulan məhdudiyyətin tamamilə ortadan götürülməsinə tərəfdardır.
Bu sırada «Neftçi» və «Sabah»ın adı birinci çəkilir.
Komitə limitin ləğvi ilə bağlı müzakirələrin davam etdirilməsini lazım bilib. Razılaşmaya əsasən, növbəti yığıncaqda məsələ bir daha müzakirəyə çıxarılacaq.
Ona qədər bütün klubların rəyi öyrəniləcək.
SPORTİNFO.AZ