Premyer Liqanın 17-ci turu bir neçə futbolçu üçün tamaşa meydanı olacaq.
Cəzalı duruma düşən dörd nəfər həftəsonu meydana çıxa bilməyəcək.
“Şamaxı”dan Brahim Konate, “Səbail”dən Rüfət Abdullazadə, “Sumqayıt”dan Rövlan Muradovla Elvin Bədəlov ötən turda sarı vərəqə limitini doldurduqlarına görə meydana çıxmaqdan məhrumdur.
Dekabrın 14-də “Şamaxı” – “Səbail”, “Araz-Naxçıvan” – “Sabah”, ertəsi “Zirə” – “Turan Tovuz”, “Neftçi” – “Kəpəz”, dekabrın 16-da “Qarabağ” – “Sumqayıt” qarşılaşması baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ