"Çarəsiz Samir Abasov...
Həqiqətən, bu oyunçu qrupu ilə işi çox çətindir. Zaman və istənilən transfer büdcəsi lazımdır.
"Qarabağ" isə hər zamanki kimi: rotasiya edilsə belə, ənənəvi oyun dəyişilmir.
Yuri Matias isə "Neftçi"də özünü oyundan daha çox yan hakimliyə vermişdi.
Bu, nə diqqətsizlikdir? Sürətli düşünmədə və oynamada Ağdam klubu rəqibini üstələdi".
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Premyer Liqada başa çatan 15-ci tur barədə dəyərləndirmə edib, "Neftçi" - "Qarabağ" derbisi ilə əlaqəli maraqlı şərhlərlə diqqət çəkib.
Paytaxt klubunun qış transfer pəncərəsindən maksimum yararlanmağın vacibliyini vurğulayan E.Cəfərov hesabat turundakı digər qarşılaşmalara də göz atıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN