"Avtomobil tərəfindən vurulub, həyatda şans əsəri əsəri sayəsində qaldığım o qorxunc hadisədən sonra mənə dəstək nümayiş etdirən futbol ictimaiyyətinin nümayəndələrinə, azarkeşlərə, dostlara dərin təşəkkürümü bildirirəm.
O anda fikirləşdim ki, mənimki də bura qədər imiş…
Çox çətin perioddur, ağrılar hələ də şiddətlidir. Bu da düzələr, təki salamatlıq olsun".
Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.
Tanınmış jurnalist ötən həftənin cümə günü keçirdiyi ağır qəzadan sonra kamera qarşısına keçib.
Ağrılardan çətinliklə danışdığı hiss edilən Elçin Cəfərov Premyer Liqada başa çatan 14-cü turla bağlı şərhlər verib. Xüsusilə "Sabah"da baş məşqçi dəyişikliyinə diqqət yetirib:
"Əslində, bir ay öncə bunun anonsunu vermişdik. Xorvatiyalı Krunoslav Renduliçlə futbolçular arasında münasibətlər istənilən səviyyədə deyildi.
Yeni təyinata gəldikdə, Vasili Berezutski köməkçi məşqçi kimi çalışsa da, çox önəmli futbolçu keçmişi olub. Tələsməyək, gözləyək.
Özünü sübut üçün rusiyalıya "Sabah" önəmli seçimdir. Bir aydan sonra təxmini nəyə qadir olduğunu azdan-çoxdan proqnozlaşdırmaq olar. Dəst-xətt hiss edilərsə, nəyəsə ümid edilə bilər".
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN