“Neftçi”ni qış fasiləsində gərgin iş gözləyir.
Komandaya inam hissi qaytarılsa da, keyfiyyətdə hələ də çatışmazlıqlar var.
“Sabah”da isə baş məşqçi Kruno Renduliçin qurulan heyətə rəğmən, istəniləni ortaya qoymaması etirazlara səbəb olmaqdadır.
Tezliklə, arzuolunan nəticələr gəlməsə, xorvatiyalı ilə yolların ayrılması qaçılmazdır”.
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Premyer Liqada başa çatan 13-cü tur barədə danışıb, qarşılaşmalar barədə maraqlı şərhlərlə diqqət çəkib.
“Qarabağ” - “Zirə” matçında (4:0)_ağdamlı futbolçuların növbəti dəfə tamam başqa səviyyədə olduqlarını diqqətə çatdıran Elçin Cəfərov “Səbail” – “Turan Tovuz” qarşılaşmasından (1:1) sonra cərəyan edən hadisələr barədə də fikirlər səsləndirib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN