Həftəsonu Premyer Liqada 13-cü turun oyunları keçiriləcək.
Növbəti hesabat turu ərəfəsində bəzi klublar Peşəkar Futbol Liqası (PFL) ilə təmasa keçib.
Onlar matçların ertələnməsi təşəbbüsü ilə çıxış edib.
Elita təmsilçilərinin gətirdiyi əsasa görə, COP tədbirləri ilə əlaqədar Bakıda bir sıra məhdudiyyətlər tətbiq olunub, üstəlik, otellərdə boş yerlər, məşq üçün meydançalar tapmaq müşkülə dönüb.
Həmçinin oyunların təşkili üçün tələb olunan texniki tələblərin yerinə yetirilməsi çətinləşib. Bunlardan biri kimi stadionlara Təcili Tibbi Yardım və yanğınsöndürən maşınların cəlb olunmasında problemlər yaranıb.
PFL klubların narahatlığını bölüşüb, lakin turun təxirə salınmasının mümkün olmadığını bildirib. Çempionatı təşkil edən qurum bunu təqvimin sıxlığı, boş yerin qalmaması ilə əlaqələndirib.
SPORTİNFO.AZ