Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
25 oktyabr 2024-cü il tarixində Azərbaycan Premyer Liqasında XI turun “Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” komandası 700 manat cərimə edilir (maddə 37);
25 oktyabr 2024-cü il tarixində Azərbaycan Premyer Liqasında XI turun “Turan Tovuz” – “Kəpəz” oyununda “Kəpəz” komandasında 5 nəfər sarı vərəqə aldığına görə “Kəpəz” komandası 700 manat cərimə edilir (maddə 37);
25 oktyabr 2024-cü il tarixində Azərbaycan Premyer Liqasında XI turun “Turan Tovuz” – “Kəpəz” oyunu bitdikdən sonra “Kəpəz” komandasının 29 nömrəli futbolçusu Dioqo Verdaska hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kəpəz” komandası 500 manat cərimə edilir (maddə 42.2);
26 oktyabr 2024-cü il tarixində Azərbaycan Premyer Liqasında XI turun “Səbail” – “Sumqayıt” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” komandası 700 manat cərimə edilir (maddə 37);.
26 oktyabr 2024-cü il tarixində Azərbaycan Premyer Liqasında XI turun “Səbail” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Sumqayıt” komandası 700 manat cərimə edilir (maddə 37);