Premyer Liqada "Turan Tovuz" "Kəpəz"i məğlub edib.
Sportinfo.az xəbər verir ki, XI turun açılış matçında Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv doğma meydanda 2:1 hesablı qələbəyə sevinib.
Oyunda hesabı 15-ci dəqiqədə tovuzluların heyətində Veysəl Rzayev açıb. 76-cı dəqiqədə "sarı-göylər"in heyətində penalti zərbəsini dəqiq yerinə yetirən Luis Paçu "status-kvo"nu bərpa edib.
Ev sahibləri qələbə qolunu 90+3-cü dəqiqədə vura biliblər. Emmanuel Hakman dəqiq zərbə müəllifi olub.
Qələbə sayəsində "Turan Tovuz" xallarının sayını 24-ə çatdırıb. Bununla da Tovuz təmsilçisi lider "Qarabağ"la eyni xala malik olub. "Kəpəz" isə 3 xalla sonuncu sırada qərarlaşıb.
Tura oktyabrın 26-27-də keçiriləcək oyunlarla yekun vurulacaq.
“Turan Tovuz” – “Kəpəz” 2:1
Qol: Veysəl Rzayev, 15, Emmanuel Hakman, 90+3 - Paçu Lira, 75 (p)
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu.
"Turan Tovuz": 1. İvan Konovalov, 5. Roderik Miller, 9. Kristian Da Silva (k), 15. Emmanuel Hakman, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 33. Eltun Turabov, 77. Veysəl Rzayev, 80. Otto Con, 88. Faiq Hacıyev, 99. Sadiq Şəfiyev.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 6. Araş Qaderi, 21. Aleks Souza.
Baş məşqçi: Kurban Berdıyev.
"Kəpəz": 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev,, 77. Viktor Braqa, 78, Yeqor Xvalko (k), 70. Nicat Süleymanov, 11. Orxan Əliyev, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 29. Dioqo Verdaska, 9. Paçu Lira, 3. Mahamadu Ba.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov, 80. Tural Rzayev, 99. Əli Səmədov, 12. Turan Manafov, 20. Mahir Həsənov, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 10. Karim Lkouça, 19. Lassana Ndiaye.
Baş məşqçi: Azər Bağırov.