COP29

“Vest Bromviç”də oynamış hücumçu Premyer Liqamızda?

24 Oktyabr 23:20 Premyerliqa 369
“Vest Bromviç”də oynamış hücumçu Premyer Liqamızda?

"Esteqlal"ın(Xuzestan) hücumçusu Tyevi Bifuma qış "transfer pəncərəsi" zamanı Azərbaycan klublarından birinə keçə bilər.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Konqo millisinin forvardı İrandan ayrılmaq niyyətindədir.

O, meneceri tərəfindən Azərbaycan klublarına təklif edilib. Premyer Liqamızdan isə bir klub 32 yaşlı forvarda maraq göstərib.

Hazırda maliyyə şərtləri müzakirə edilir. Bu məsələdə də problem yaranmasa, hələ ki, adı açıqlanmayan Premyer Liqa klubu Bifuma ilə 6 ay+1 illik müqavilə imzalayacaq.

Hücumçunun Xuzestan təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Tyevi karyerası ərzində “Espanyol”, “Las Palmas”, “Vest Bromviç”, “Almeriya”, “Qranada”, “Reyms”, “Bastiya”, “Osmanlıspor”, “Sivasspor”, “Ankaragücü”, “Yeni Malatyaspor”, “Şenzen”, “Bursaspor”, “Kifisiya” klublarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?