COP29

Samir Abasovla çöhrəsi dəyişən "Neftçi"də indi nələr olur, bilirsiz? - VİDEO

21 Oktyabr 15:00 Premyerliqa 2 178
Samir Abasovla çöhrəsi dəyişən "Neftçi"də indi nələr olur, bilirsiz? - VİDEO

“Samir Abbasovun təyinatı ilə “Neftçi”nin çöhrəsi dəyişdi, sanki futbolçulara əlavə ruh, motivasiya gəlib.

İki aydır deməkdən yorulmuşdum ki, komandanda baş məşqçi dəyişikliyi labüddür.

“Qan dəyişikliyi” kollektivi özünə gətirəcək. Çünki mövsümün əvvəlində edilən transferlər fonunda Roman Qriqorçukla uğursuz çıxış düşərgədə nələrinsə düzgün getmədiyini göstərirdi”.

Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.

Tanınmış jurnalist Premyer Liqada başa çatan 10-cu turu dəyərləndirərkən “Neftçi” – “Səbail” qarşılaşmasına (3:1) toxunub, “ağ-qaralar”dakı baş məşqçi dəyişikliyinin futbolçularda yaratdığı motivasiya barədə danışıb.

Elçin Cəfərov hesabat turunun “Zirə” – “Sabah” dueli haqda da şərhlər verib.

Xüsusilə qazanılan 1 xala görə Rəşad Sadıqovun komandasının şanslı olduğunu diqqətə çatdırıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti