COP29

"Zirə" "Sabah"la bərabərə qaldı, "Sumqayıt" məğlub oldu - YENİLƏNİB

20 Oktyabr 21:55 Premyerliqa 698
"Zirə" "Sabah"la bərabərə qaldı, "Sumqayıt" məğlub oldu - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, turun son oyun günündə "Zirə" "Sabah"ı qəbul edəcək.

Komandalar müvafiq olaraq turnir cədvəlində 15 xalla dördüncü və beşinci pillələrdə qərarlaşıblar. Zirə Olimpiya İdman Kompleksində baş tutacaq matçın start fiti saat 17:30-da səslənəcək.

Turun bağlanış qarşılaşması isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yerli komanda ilə "Turan Tovuz" arasında reallaşacaq.

I dövrəni 3-cü pillədə başa vuran qərb təmsilçisi uğurlu seriyanı davam etdirmək niyyətindədir.

Doğma publika önündə çıxış edən "Sumqayıt" isə hazırda yer aldığı 9-cu pillədən qurtulmaq üçün qələbə qazanmağa çalışacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.\

Turun əvvəlki oyunlarında "Qarabağ" "Kəpəz"i 5:0, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0, "Neftçi" isə "Səbail"i 3:1 hesabı ilə məğlub edib.

17:30. "Zirə" – "Sabah" 1:1

Qollar: Georgi Papunaşvili 90+2 // Cessi Sekidika 7
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Zirə Olimpiya İdman Kompleksi.

"Zirə": 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 90. Davit Volkov, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 10. Giorgi Papunaşvili, 24. Yusuf Laval, 17. Ayron Qomis, 19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov

"Sabah": 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev (k), 6. Abdulax Xaybulaev, 20. Coy Lens Mikels, 18. Pavol Safranko, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça, 11. Kahim Parris
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 94. Rəvan Mirzəmmədov, 10. Namik Ələskərov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 44. Sofian Çakla, 99. Neqoş Kupusoviç
Baş məşqçi: Krunoslav Renduliç

20:00. "Sumqayıt" – "Turan Tovuz" 2:4

Qollar: Nikola Vuynoviç, 26, Kamran Quliyev, 86 - Serrano, 15, Otto Con 25, Veysəl Rzayev 26, Aleks Souza, 78

"Sumqayıt": 1.Mehdi Cənnətov, 14. Elvin Bədəlov, 7. Rövlad Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8.Səbuhi Abdullazadə, 23. Cordan Rezabala,6. Vüqar Mustafayev, 9|. Nikola Vuynoviç, 2. Sərtan Taşkın, 99.Silvanus Nimeli

"Turan Tovuz": 1. İvan Konovalov, 5. Roderik Miller, 4. Şəhriyar Əliyev, 25. Denis Marandiçi, 77. Veysəl Rzayev, 80. Otto Con, 15. Emmanuel Hakman, 23. Aleks Serrano, 88. Faiq Hacıyev, 9. Kristian da Silva, 99. Sadiq Şəfiyev

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Emin Cəfərov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Digər Xəbərlər
Xəbər Lenti