COP29

Bu, “Qarabağ”dır, başqası deyil, səhv salmayın!

08:30 Premyerliqa 161
Bu, “Qarabağ”dır, başqası deyil, səhv salmayın!

Bu gün Premyer Liqada fasilə başa çatacaq və 10-cu tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, baş tutacaq oyunlar ərəfəsində cütlüklərin bu günə qədərki duellərində maraqlı statistik məqamlar ortaya çıxıb. O

nlardan bir neçəsini təqdim edirik:

– “Kəpəz”lə “Qarabağ” arasındakı rəqabət 1992-ci ildən başlayıb. Həmin vaxtdan bəri komandalar ölkə çempionatında 58 dəfə qarşılaşıblar. Bunun yalnız 14-də gəncəlilər qələbə sevinci yaşayıblar. Ancaq “Kəpəz” düz 33 matçdır qalibiyyət üzünə həsrətdir. Ağdam təmsilçisi sonuncu dəfə 22 il əvvəl – 2002-ci ilin aprelində “Kəpəz”ə uduzub. Həm ötən il, həm də builki matçda “Kəpəz”i 6 top fərqi ilə üstələyən “Qarabağ” bu dəfə də 6 dəfə fərqlənərsə, Gəncə komandasına vurduğu ümumi qol sayını 100-ə çatdıracaq. Qurban Qurbanovun yetirmələri ardıcıl son 4, ümumilikdə isə 33 görüşdə “Kəpəz”i məğlub edib.

– “Şamaxı” ilə “Araz-Naxçıvan” arasında keçirilən matçların hamısında meydan sahibi olan tərəf aktivinə 3 xal yazdırıb. “Şamaxı” doğma məkanında rəqibini üstələsə, qələbə sayını bərabərləşdirəcək. Hazırda qalibiyyət sayında “Araz-Naxçıvan” 3:2 öndədir.

– Uğursuz mövsüm keçirən “Neftçi” statistikada “Səbail” önündə aşkar favoritdir. Təsadüfi deyil ki, komandalar arasında Premyer Liqa çərçivəsində baş tutan 28 matçın 20-də “ağ-qaralar”, cəmi 2-də isə qəsəbə təmsilçisi qələbə qazanıb. “Səbail” artıq 21 oyundur rəqibini məğlub edə bilmir. “Neftçi” axırıncı dəfə 5 il yarım əvvəl – 2019-cu ilin əvvəllərində rəqibindən xal ala bilməyib. Maraqlıdır ki, “Neftçi” son 18 matçın hamısında “Səbail”in qapısına yol tapmağı bacarıb.

– “Zirə” ilə “Sabah” 25-ci dəfə üz-üzə gələcək. Paytaxt derbilərində 30-cu qola çatmaq üçün “Zirə”yə 4, “Sabah”a isə 1 top lazımdır. Son 8 matçda qol vuran tərəf qalib gəlib. Son 4 görüşdə isə qonaq komanda qələbə qazanıb.

– “Sumqayıt”la “Turan Tovuz”un 10-cu qarşılaşması ərəfəsində “kimyaçılar” qələbə sayında cüzi öndədir – 3:2. “Gənclik şəhəri” təmsilçisi bu rəqibinə öz meydanında heç vaxt uduzmayıb. Ancaq digər tərəfdən tovuzlular son 2 matçda qol vura bilib.

Digər Xəbərlər
Xəbər Lenti