COP29

Azərbaycanda hakim beş nəfəri pis vəziyyətə saldı

17 Oktyabr 23:00 Premyerliqa 232
Azərbaycanda hakim beş nəfəri pis vəziyyətə saldı

Premyer Liqanın 10-cu turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

Cəza səbəbindən beş futbolçu meydana çıxmaqdan məhrumdur.

Maraqlıdır ki, itkilər iki komandaya aiddir – “Səbail” və “Şamaxı”. FİFA referisi Əliyar Ağayev 9-cu turda bu komandalar arasında baş tutan oyunda göstərdiyi vərəqələrlə komandaları çətin vəziyyətə salıb.

Oyunları kənardan izləyəcək futbolçuların siyahısı belədir:

Qorka Laruçça, Mert Çelik (hər ikisi “Səbail”), İlkin Qırtımov, Brahim Konate, Belajdi Pusi (hamısı “Şamaxı”).

Oktyabrın 18-də “Kəpəz” – “Qarabağ”, ertəsi “Şamaxı” – “Araz-Naxçıvan”, “Neftçi” – “Səbail”, oktyabrın 20-də “Zirə” – “Sabah”, “Sumqayıt” – “Turan Tovuz” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti