Premyer Liqada sentyabr üçün “Ayın qolu” layihəsinin qalibi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
5 qol arasında "Araz-Naxçıvan"nın legioneri Bernardo Dias sentyabrın 13-də 6-cı tur çərçivəsində “Kəpəz”ə vurduğu qol ən çox emoji toplayıb.
Yarımmüdafiəçi 62-ci dəqiqədə meydana daxil olub, 76-cı dəqiqədə matçın taleyini həll edən qola imza atıb.
Qalibə PFL tərəfindən mükafatlar təqdim olunacaq.