"Qarabağ"ın hücumçusu Musa Qurbanlı Azərbaycanın 21 yaşadək (U-21) futbolçulardan ibarət millisinin heyətinə cəlb edilib.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Yığmamız Avropa çempionatının seçmə mərhələsində oktyabrın 12-də Şimali İrlandiya, 15-də isə İngiltərə ilə səfərdə qarşılaşacaq.