Premyer Liqanın 9-cu turunda cəmi bir futbolçu cəzalı duruma düşüb.
Dmitri Litvin “Şamaxı” ilə oyunda iştirak edə bilməyəcək.
Ukraynalı müdafiəçi “Araz-Naxçıvan”la oyunda aldığı “sarı” vərəqə ilə limiti doldurub. Odur ki, önəmli qarşılaşmanı kənardan izləyəcək.
Oktyabrın 5-də “ASCO Arena”da keçiriləcək “Səbail” – “Şamaxı” dueli saat 17:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ