COP29

Azərbaycanda çıxış edən ən bahalı oyunçular - AÇIQLANDI

13:40 Premyerliqa 399
Azərbaycanda çıxış edən ən bahalı oyunçular - AÇIQLANDI

Məşhur “Transfermarkt” portalı tanınmış oyunçuların yeni bazar dəyərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının ən bahalı futbolçusu Olaviyo Juninyodur.

“Qarabağ”ın forvardının dəyəri 2 milyon avroya bərabərdir.

Aleksey Kaşuk 1,8 , Mateuş Koxalski və Leandro Andrade isə 1,5 milyon avro dəyərə malikdirlər.

Azərbaycanlı futbolçular arasında ən baha Renat Dadaşovdur. Milli komandamızın forvardının qiyməti 1,5 milyondur.

Nəriman Axundzadə 1,2, Toral Bayramovun bazar qiyməti isə 1 milyon avro qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti