COP29

Premyer Liqanın oyununda HƏVƏSKAR MƏNZƏRƏ - FOTOLAR

1 Oktyabr 22:20 Premyerliqa 262
Premyer Liqanın oyununda HƏVƏSKAR MƏNZƏRƏ - FOTOLAR

Premyer Liqanın 8-ci turu Sumqayıtda start götürdü.

Naxçıvanı təmsil edən, amma hələ də Muxtar respublikanın üzünü görməyən kollektiv bu dəfə ev oyunu üçün bu şəhərə üz tutmuşdu.

"Kapital Bank Arena"da "Səbail"i qəbul edən kollektiv aktivinə növbəti qələbəsini yazdırdı - 3:2.

Amma əvvəlki matçlardan fərqli olaraq, bu dəfə 3 xalı qeyd etmək üçün heç klubun azarkeş qrupu da tribunada yer almamışdı. Oyuna isə ümumilikdə maraq yox səviyyəsində idi.

Bir şey ki, təhlükəsizlik əməkdaşlarının sayı azarkeşlərdən az olmazdı.

Qonaq komandanın 15-20 nəfərdən ibarət "dənizçilər" azarkeş qrupundan başqa maksimum 40-50 nəfər də sıravi futbol azarkeşini görmək mümkün idi.

Meydançanın durumu isə tribunaların acınacaqlı mənzərəsindən geri qalmırdı.

Müxtəlif nöqtələrdə yaşıl otdan əsər-əlamət yox idi. Futbolçuların tez-tez yerdə qalması, yanlış top ötürmələrinə yol verməsi birbaşa örtüklə bağlıydı. Elə Ramon Maçadonun sıradan çıxaraq erkən əvəzlənməsi də.

Ot örtüyü yararsız durumda idisə, tablo ümumiyyətlə işləmirdi.

Xəbərsiz olsan, elə düşünərdin ki, Premyer Liqa matçı yox, yoxlama görüşü və ya həvəskar liqanın qarşılaşmasıdır.

Bu, peşəkar klub adına çempionatda iştirak yox, ölkə futbolunu yola vermək, gün keçirməkdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:10 Çək və bizə göndər!
1 Oktyabr 08:50 Azərbaycanda 32-ci komanda
1 Oktyabr 03:30 II Liqada V təyinatları
1 Oktyabr 01:40 Haradasan, ay Ferqyuson?