COP29

"Araz-Naxçıvan" ardıcıl 4-cü qələbəsini qazandı

27 Sentyabr 20:58 Premyerliqa 623
"Araz-Naxçıvan" ardıcıl 4-cü qələbəsini qazandı

Azərbaycan Premyer Liqasında VIII tura start verilib.

Sportinfo.az xəbər verir ki, turun açılış matçında "Araz-Naxçıvan" Sumqayıtda "Səbail"i qəbul edib.

"Kapital Bank Arena"da keçirilən görüşdə meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.

Baxmayaraq ki, görüşdə hesabı qonaqlar açıb. İlk hissənin sonuna əlavə olunan 2-ci dəqiədə Qorka Laruçça fərqlənib.

İkinci yarıda geri dönüş edən Elmar Baxşıyevin rəhbərlik etdiyi klub 52-ci dəqiqədə Bəxtiyar Həsənalızadə ilə "status kvo"nu bərpa edib.

5 dəqiqə sonra Felipe Santos əyalət təmsilçisini hesabda önə çıxarıb. 84-cü dəqiqədə Bernardo Diaş "Araz-Naxçıvan"ın üstünlüyünü bir qədər də möhkəmləndirib.

Qarşılaşmada yekun hesabı isə "dənizçilər"in heyətində final fitinə 1 dəqiqə qalmış dubl müəllifi olan Qorka Laruçça müəyyənləşdirib.

Bu nəticənin ardından cari mövsüm beşinci qələbəsini qazanan "Araz-Naxçıvan" xallarının sayını 16-ya çatdırıb.

Turun digər matçları sentyabrın 28-29-da keçiriləcək

"Araz-Naxçıvan" – "Səbail" 3:2

Qollar: Bəxtiyar Həsənalızadə, 52. Felipe Santos, 57-pen. Bernardo Dias, 84 – Qorka Larruçea, 45+2; 89.
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Teymur Teymurov, Fərid Hacıyev
VAR: Rəşad Əhmədov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
“Sumqayıt Arena”, 19:00

"Araz-Naxçıvan": 12. Kristian Avram 34. Urfan Abbasov 3. Bəxtiyar Həsənalızadə 2. Slavik Alxasov 6. Vadim Abdullayev (k) 16. Ramon Maçado 29. Vanderson Melo 23. Nuno Rodriqes 14. Miço Kuzmanoviç 4. İqor Ribeyro 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 1. Vüsal Şabanov 7. Ülvi İsgəndərov 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 88. Tuqay Əlizadə 11. Bayraməli Qurbanov 24. Mustafa Əhmədzadə 71. Sənan Ağalarov 17. İssuf Paro 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.

"Səbail": 1. Hüseynəli Quliyev 74. Yusif Nəbiyev (k) 77. Fərid Nəbiyev 20. Mert Çelik 11. Rüfət Abdullazadə 8. Qorka Laruçça 44. Amir Bilali 3. Dmitro Litvin 7. Madi Queta 5. Gitay Sofir 21. Ayman Bouali.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 25. Nicat Məmmədzadə 6. Cabir Əmirli 18. Süleyman Əhmədov 15. Vüsal Məsimov 83. Nihad Quliyev 19. Samir Abdullayev 16. Emin Rüstəmov 10. David Qomis 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.

Digər Xəbərlər
Xəbər Lenti