COP29

Bütün Avropanın gözü Juninyoda - Maraq dairəsinə düşən 12 nəfərlik SİYAHI

26 Sentyabr 12:40 Premyerliqa 5 376
Bütün Avropanın gözü Juninyoda - Maraq dairəsinə düşən 12 nəfərlik SİYAHI

İngiltərənin nüfuzlu BBC nəşrinin hazırladığı Avropa Liqasının startından öncə yarışda diqqət mərkəzində olacaq 12 futbolçudan ibarət siyahıya "Qarabağ"dan Olavio Juninyo da daxil edilib.

Sportinfo.az xəbər verir ki, cədvəldə gənc oyunçularla yanaşı, təcrübəli futbolçuların adları da yer alıb.

"12-liy"ə "Qarabağ"ın lideri Olavio Juninyo da daxil edilib. Nəşr ötən mövsüm 5-i Avropa Liqasında olmaqla, ümumilikdə 31 qol vuran braziliyalı hücumçunun yenə Azərbaycan çempionunun heyətində olacağını vurğulayıb:

"Onun Çempionlar Liqasının təsnifat mərhələlərində vurduğu 6 qolu da saysaq, bu mövsümə yaxşı başladığını deyə bilərik".

Cədvəldə Juninyo ilə bərabər, Niko Uilyams ("Atletik Bilbao"), Fotis İoannidis ("Panatinaikos"), Amad Diallo ("Mançester Yunayted"), Cordan Henderson ("Ayaks"), Martin Subimendi ("Real Sosyedad"), Arçi Qrey ("Tottenhem"), Artyom Dovbik ("Roma"), Aleksandr Lyakazet ("Lion"), Enin Dzeko ("Fənərbağça"), Çiro İmmobile ("Beşiktaş") və Kasper Dolberqin ("Anderlext") adları yer alıblar.

"Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin ilk oyununda "Tottenhem"lə qarşılaşacaq. Matç bu gün Londonda keçiriləcək və saat 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti