“Bilmirsən, futboldan danışasan, yoxsa meydandankənar amillərdən.
Daha doğrusu, qərəzli hakim səhvlərindən.
“Turan Tovuz” – “Araz Naxçıvan” qarşılaşmasında (1:2) baş hakim Elçin Məsiyevin növbəti hoqqabazlığını izlədik.
Qonaq komandanın hücumçusunun təpik zərbəsi taekvondoda 5 xallıq qiymətləndirilir.
Ancaq nə hikmətdirsə, bu epizodda qırmızı vərəqə çıxmadı. İndi biz necə ədalətə inanaq? VAR-dan reaksiya yoxdursa, nəyə və niyə lazımdır?”.
Bu fikirlər “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Premyer Liqada başa çatan 7-ci tur barədə danışıb, hakim səhvləri ilə bağlı geniş şərh verib.
Qeyd edib ki, bu cür idarəçilik futbolumuzun inkişafına mane olur, çempionatı izləyənlərdə ədalətin varlığına şübhələr yaradır.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: