COP29

"Sabah" Bayılda, "Zirə" Sumqayıtda 3 xala sevindi

22 Sentyabr 22:25 Premyerliqa 946
"Sabah" Bayılda, "Zirə" Sumqayıtda 3 xala sevindi

Bu gün Premyer Liqada 7-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son oyun günündə əvvəlcə "Səbail" "Sabah"ı qəbul edib.

Görüş meydan sahiblərinin 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Bununla da "Sabah" turnir cədvəlində 14 xalla 2-ci yerə yüksəlib.

Digər matçda isə "Zirə" "Sumqayıt"ın qonağı olub. Oyun "qartallar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, "Zirə" turnir cədvəlində 12 xalla 5-cidir. Ardıcıl 4-cü oyunda məğlub olan "Sumqayıt" isə 6 xalla 7-cidir.

"Səbail" – "Sabah" 2:4
Qollar: Amir Bilali, 4. Rüfət Abdullazadə, 39 – Coy Lens Mikels, 8. İvan Lepinitsa, 21. Jesse Sekidika, 26. Pavol Şafranko, 77-pen.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
ASCO Arena

"Səbail": 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 7. Madi Queta, 5. Gitay Sofir, 21. Ayman Bouali
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 10. David Qomis, 14. Suleyman Alluş
Baş məşqçi: Şahin Diniyev

"Sabah": 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Pavol Safranko, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 6. Abdulax Xaybulaev, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 44. Sofian Çakla, 99. Neqoş Kupusoviç
Baş məşqçi: Krunoslav Renduliç

"Sumqayıt" – "Zirə" 0:2
Qollar: Rafael Utziq, 22-pen; 69.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

"Sumqayıt": 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 21. Nihat Əhmədzadə, 19. Roi Kehat, 99. Silvanus Nimeli, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 13. Ayxan Qocayev, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 24. Sənan Muradlı, 11. Fernando Da Silva, 12. Georgi Xaraişvili, 9. Nikola Vuynoviç, 5. Alan Dias, 18. Kristian Velinovski, 23. Cordan Rezabala.
Baş məşqçi: Samir Abasov.

"Zirə": 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 90. Davit Volkov, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 22. İldar Ələkbərov, 5. Stefan Akka, 28. Abbas İbrahim.
Baş məşqçi: Rəşad Sadıqov.

Digər Xəbərlər
Xəbər Lenti