COP29

Premyer Liqa klublarına vəd verildi - Pulunuz daha gecikməyəcək

22 Sentyabr 14:00 Premyerliqa 644
Premyer Liqa klublarına vəd verildi - Pulunuz daha gecikməyəcək

Premyer Liqa klubları AFFA-dan sevindirici məlumat alıb.

Elita təmsilçiləri dövlət tərəfindən ayrılan aylıq vəsaiti bundan sonra vaxtlı-vaxtında alacaq.

Onları bu barədə xoş xəbəri federasiyanın icraçı vitse-prezidenti və baş katibi Sərxan Hacıyev çatdırıb.

O, klub mənsublarıyla söhbətində 1 ildən artıqdır davam edən problemin tezliklə başa çatacağını bildirib.

Hacıyev vəd edib ki, yardım paketinin ödənilməsi oktyabrdan etibarən qaydasına düşəcək. 30 min manat hər ayın 10-dan gec olmayaraq, çempionat iştirakçılarının bank hesabına köçürüləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti