COP29

Bu da “Neftçi”nin başına gəldi!

21 Sentyabr 23:20 Premyerliqa 2 074
Bu da “Neftçi”nin başına gəldi!

Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə ilk avtoqol qeydə alınıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, VII turun “Qarabağ” – “Neftçi” matçında (4:0) yaşanıb.

Qonaqların futbolçusu Robert Bauer topu öz qapısına vurub. Bu, ölkə çempionatları tarixində 234-cü avtoqol olub.

“Neftçi” komandasının futbolçuları Azərbaycan çempionatlarında 25-ci dəfə topu öz qapısına vurublar.

Bu, yarışın tarixində antirekorddur. “Qarabağ” isə 34-cü dəfə rəqib qoluna sevinib ki, bununla da sahib olduğu rekordu yeniləyib.

"Neftçi”nin avtoqollarından 8-i “Qarabağ”la görüşlərə təsadüf edib.

Digər Xəbərlər
Xəbər Lenti