COP29

“Araz” Tovuzda “Turan” üzərində layiqli qələbə qazandı

21 Sentyabr 19:56 Premyerliqa 697
“Araz” Tovuzda “Turan” üzərində layiqli qələbə qazandı

Premyer Liqada 7-ci tur davam edir.

Sportinfo.az xəbər verir ki, 2-ci oyun günündə 1 matç keçirilib.

"Turan Tovuz" evdə "Araz-Naxçıvan"ı qəbul edib. Görüş qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə "Araz-Naxçıvan" ən azı sabah keçiriləcək "Səbail" - "Sabah" oyununun yekun nəticəsinə qədər 3-cü pilləyə yüksəlib.

"Turan Tovuz" bu mövsüm ilk dəfə uduzub. Komanda bununla da yenidən lider olmaq şansını itirərək 2-ci pillədə qalıb.

VII turun ötən gün keçirilən görüşlərində "Şamaxı" səfərdə "Kəpəz"i 2:0, "Qarabağ" isə "Azərsun Arena"da "Neftçi"ni 4:0 hesabı ilə məğlub edib.

VII tura sabah baş tutacaq iki oyunla yekun vurulacaq.

21 sentyab

18:00. “Turan Tovuz” – “Araz-Naxçıvan” 1:2

Qollar: Ayxan Hüseynov 48 // Ramon Maçado 44, Felipe Santos 55
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Tovuz şəhər stadionu

Turan Tovuz: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 80. Otto Con, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 71. Mehman Hacıyev, 41. Sergey Samok, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 19. Elçin Qasımov, 22. Nahid Əliyev, 25. Denis Marandiçi, 6. Araş Qaderi
Baş məşqçi: Kurban Berdiyev

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Urfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 7. Ülvü İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 17. İssuf Paro, 10. Bernardo Dias
Baş məşqçi: Elmar Baxşıyev

Digər Xəbərlər
Xəbər Lenti