COP29

Premyer Liqada 10 komandanın onu da... Nəvaxtdır belə hadisə baş vermirdi

16:00 Premyerliqa 223
Premyer Liqada 10 komandanın onu da... Nəvaxtdır belə hadisə baş vermirdi

Həftəsonu Premyer Liqada 7-ci turun oyunları baş tutacaq.

Növbəti futbol həftəsində baş məşqçilərdən şans qazanan bütün futbolçular iş başında olacaq.

Belə ki, 10 komandanın heç birində cəzalı futbolçu yoxdur. Sarı və qırmızı vərəqələrə görə cəzalananlar əməllərinin bədəlini ödəyiblər.

Yalnız bir nəfər texniki zonada yer ala bilməyəcək ki, o da inzibatçıdır. “Araz-Naxçıvan”ın inzibatçısı Hüseynxəlil Orucoğlu “Neftçi”ylə oyunda etdiyi intizamsızlığa görə hələ də cəzalıdır.

Sentyabrın 20-də “Qarabağ” – “Neftçi”, “Kəpəz” – “Şamaxı”, ertəsi “Turan Tovuz” – “Araz-Naxçıvan”, sentyabrın 22-də “Səbail” – “Sabah”, “Sumqayıt” – “Zirə” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti