COP29

Azərbaycanda heç bir klub yerli və legioner ala bilməyəcək – Bu tarixədək

17 Sentyabr 22:40 Premyerliqa 1 341
Azərbaycanda heç bir klub yerli və legioner ala bilməyəcək – Bu tarixədək

Azərbaycanda 2024/2025 mövsümü üçün yay transfer pəncərəsi bağlanıb.

Sportinfo.az xəbər verir ki, transfer prosesi sentyabrın 16-sı saat 23:59-da yekunlaşıb.

Beləliklə, artıq bu gündən etibarən növbəti tranfer pəncərəsi açılana qədər Azərbaycanın heç bir klubu yerli və xarici kluba məxsus heç bir oyunçunu ala bilməyəcək.

Qeyd edək ki, transfer pəncərəsi iyunun 25-də açılmışdı.

Bununla belə, transfer pəncərəsinin bağlanması klubların büttövlükdə yeni futbolçu ala bilməyəcəyi mənasına gəlmir.

Sadəcə, Azərbaycan klubları qış transfer pəncərəsinə qədər yalnız azad agent statusu daşıyan - yəni heç bir kluba məxsus olmayan futbolçunu heyətinə cəlb edə bilər.

Qış transfer pəncərəsi isə 2025-ci ilin 14 yanvar - 10 fevral tarixlərini əhatə edəcək.

Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi