COP29

Premyer Liqanın 2 klubu cərimələndi – İki səbəbdən

17 Sentyabr 13:20 Premyerliqa 409
Premyer Liqanın 2 klubu cərimələndi – İki səbəbdən

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən iki klubu cərimələyib.

Sportinfo.az xəbər verir ki, "Araz-Naxçıvan" VI turda "Kəpəz"ə qalib gəldiyi (1:0) matçdan sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək.

"Sumqayıt" isə 700 manat ziyana düşüb. Buna "gənclik şəhəri" təmsilçisinin "Şamaxı"ya uduzduğu (0:1) qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması səbəb olub.

"Kimyaçılar" oyunçuların isinmə hərəkətləri zamanı əsasnamə qaydalarının tələblərini pozması ucbatından əlavə 500 manat da ödəməli olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!