COP29

Əcnəbi baş məşqçiyə təklif göndərən Premyer Liqa klubları bunlar imiş…

16 Sentyabr 13:00 Premyerliqa 1 698
Əcnəbi baş məşqçiyə təklif göndərən Premyer Liqa klubları bunlar imiş…

“Keşlə”nin (indiki “Şamaxı”) sabiq baş məşqçisi Yuri Maksimov Premyer Liqamıza qayıtmaqdan imtina edib.

Bu haqda “Sport Arena” yazıb. Həmkarlarımızın qeydlərinə görə, ukraynalı mütəxəssisə Azərbaycanın iki klubundan təklif gəlib.

Ukrayna mətbuatının iddiasına görə, mütəxəssisə Azərbaycan millisinin baş məşqçisi postuna namizədlər siyahısında “şort-list”də də yer alıb.

Lakin Maksimov Ukraynanı tərk etmək istəmədiyi və yerli klublardan dəvət gözlədiyi üçün bütün təklifləri rədd edib.

Ukrayna millisinin sabiq futbolçusu 2017/2018 mövsümündə "Keşlə"nin baş məşqçisi kimi Azərbaycan kubokunun sahibi olub. 55 yaşlı mütəxəssis son olaraq Ukrayna Premyer Liqasında yarışan "Dnipro-1"i çalışdırıb.

Yerli media Maksimova dəvət göndərən klublarımızın adını açıqlamayıb. Olsun, problem deyil. Biz onunla təmas quran Premyer Liqa təmsilçilərinin isimlərini bilirik.

Ukraynalıya ilk belə çağırışı «Araz-Naxçıvan» göndərib. Muxtar Respublika təmsilçisi martda, Azər Bağırovun istefaya getməsindən sonra onunla əlaqə yaradıb.

Maksimov həmin vaxt ölkəmizə dönməyə razılıq verib. Klub rəhbərliyi ona təyyarə bileti almağa hazırlaşdığı günlərdə Elmar Baxşıyev variantı ortaya çıxıb.

Zaur Axundov «Qəbələ»dən ayrılmış mütəxəssisi işə götürməklə bağlı yaxın tanışının etdiyi xahişi yerə sala bilməyib, beləcə, gedişat dəyişib.

Maksimova digər təklif «Turan Tovuz»dan gəlib. Ayxan Abbasovla vidalaşan qərb təmsilçisi iyunun əvvəlində adıçəkilən çalışdırıcı ilə danışıqlar aparıb.

Bu, o zaman idi ki, Kurban Berdiyevin izi-tozu hələ üfüqdə də görünmürdü.

Maksimov yaş sensizinə görə Ukrayna hökümətinin tətbiq etdiyi ölkədən çıxış yasağını üzərindən qaldıra bilmədiyindən, «Turan»ın dəvətini dəyərləndirməyə əli çatmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!