COP29

“Qarabağ”da 7, “Neftçi”də 9 – Bu yayın TRANSFER BAZARI

5 Sentyabr 16:40 Premyerliqa 761
“Qarabağ”da 7, “Neftçi”də 9 – Bu yayın TRANSFER BAZARI

Premyer Liqa klublarının yay bazarlığı sona çatdı.

Komandalar bundan sonra yalnız azad agent statusuna sahib futbolçularla güclənə biləcək ki, bu mənada say məhdudiyyəti var.

İyun və iyulda nisbətən səssiz görünən “Qarabağ”la “Neftçi” avqustda transfer anonslarını sıralamaqla yadda qaldı.

Klubların yollarını ayırdığı və heyətinə yeni cəlb etdiyi futbolçuların siyahısını təqdim edirik.

Qarabağ

Gedənlər: Maksim Medvedev (karyerasını bitirib), Adama Diakabi (“Bandırmaspor”, Türkiyə), Andrey Lunyov (“Dinamo”, Moskva), Luka Quqeşaşvili (“Panserrakos”, Yunanıstan).

Gələnlər: Musa Qurbanlı (“Yurqarden”, İsveç), Fabiyan Buntiç (“Vizela”, Portuqaliya), Şahruddin Məhəmmədəliyev (“Adana Demirspor”, Türkiyə), Sadiq Məmmədzadə, Mateuş Koxalski (“Stal Mielets”, Polşa), Emmanuel Addai (“Alkorkon”, İspaniya), Aleksey Kaşuk (“Şaxtyor”, Ukrayna).

Müqaviləsi artırılanlar: Riçard Almeyda, Abdullah Zubir.

Zirə

Gedənlər: Vladislav Kulaç, Sezar Meza Kolli, İlkin Muradov (Şamaxı), Rəhim Sadıxov (Sumqayıt), Dmitrios Çantakias (“Panserraikos”, Yunanıstan), Araz Abdullayev.

Gələnlər: Aydın Bayramov (Turan Tovuz), Elçin Əlicanov, Junior Martins, Georgi Papunaşvili (hamısı “Kəpəz”), Davit Volkov (Sabah), Ange Mutsinzi (“Jerv”, Norveç), Ayron Qomis (“Kasımpaşa”, Türkiyə).

Müqaviləsi artırılanlar: Qismət Alıyev, Anar Nəzirov, Fuad Bayramov.

Sabah

Gedənlər: Kristian Sebalyos, Davit Volkov (Zirə), Kristian da Silva (Turan Tovuz), Maruan Hadudi, Emmanuel Epah, Jarl Marqarita (“Phoenix Rising”, ABŞ), İshak Belfodil, Ruslan Samiqullin (“Neftçi”, icarə).

Gələnlər: İvan Lepinitsa (“Slaven Belupo”, Xorvatiya). Coy-Lens Mikels (“Əl-Faysal”, Səudiyyə Ərəbistanı), Neboş Kupusoviç (“Trençin”, Slovakiya) Pavol Şafranko (“Şepsi”, Rumıniya), İqor Noqeyra (“Çaveş”, Portuqaliya).

Müqaviləsi uzadılan: Kahim Parris (“Dinamo”, Kiyev).

Sumqayıt

Gedənlər: Erik Sorqa, Orxan Sadıqlı, Abu Dosso, Oktavio Manteka (“ÇSKA 1948”, Bolqarıstan), Masaki Murata (“Vayle”, Danimarka), Kasimir Ninqa (“Al Tadhamon”, Küveyt), Kamran Əliyev (SKA-Xabarovsk, Rusiya).

Gələnlər: Rəhim Sadıxov (Zirə), Fernando Medeyros (“Eqnatiya”, Albaniya), Salvişa Radoviç (“Sarayevo”, Bosniya və Hersoqovina), Nikola Vuynoviç (“Qoritsa”, Xorvatiya), Sərtan Taşkın (“Manisa”, Türkiyə), Alan Dias, Silvanus Nimeli (“Surxon Termiz”, Özbəkistan).

Neftçi

Gedənlər: Ömər Buludov (Araz-Naxçıvan), Eddi İsrafilov (“Johor Darul”, Malaziya), Aqil Məmmədov, Ataa Caber, Reziuan Mirzov (“Ximki”, Rusiya), İvan Brkiç (“Motor”, Polşa), Dieqo Valdez (“Sol de Amerika”, Paraqvay), İsmayıl Zülfüqarlı (“Turan Tovuz”, icarə), Fərid Yusifli (“Turan Tovuz”), Lukas Melano.

Gələnlər: Emil Səfərov (Qəbələ), Edvin Kuç (“Balkani”, Kosova), Ramil Şeydayev (“Kocaelispor”, Türkiyə), Robert Bauer (Əl-Tay, Səudiyyə Ərəbistanı), Andrey Ştoqrin (“Çernomorets”, Ukrayna), Ruslan Samiqullin (“Sabah”, icarə), Rafel Quzzo (“Vizela”, Portuqaliya), Mustafa Sek (“Portimonense”, Portuqaliya), Dembo Darbo (“Əl-Nəsr”, BƏƏ).

Turan Tovuz

Gedənlər: Fərid Nəbiyev (Səbail). Tərlan Əhmədli (Araz-Naxçıvan), Aydın Bayramov (Zirə), Belajdi Pusi, Kamal Bayramov (hər ikisi “Şamaxı”), Bruno Qonçalves (“Quarani”, Braziliya), Tərlan Quliyev (İmişli), Slavik Alxasov (Araz-Naxçıvan), Piruzi Marakvelidze, Paçu Lira.

Gələnlər: Tural Bayramlı (Araz-Naxçıvan), Sergey Samok (“KamAz”, Rusiya), İvan Konovalov (“Baltika”, Rusiya), Kristian da Silva (Sabah), Araş Qadiri (“Traktorsazi”, İran), Rüfət Əhmədov, İbrahim Ramazanov (hər ikisi “Qəbələ”), İsmayıl Zülfüqarlı (“Neftçi”, icarə), Fərid Yusifli (Neftçi).

Müqaviləsi artırılanlar: Şəhriyar Əliyev, Aleks Souza, Emanuel Hakman, Alexandro Serrano, Ayxan Hüseynov, Sadiq Quliyev, Otto Con, Faiq Hacıyev, Xəyal Nəcəfov, Eltun Turabov, Denis Marandiçi, Xəyal Nəcəfov, Veysəl Rzayev, Roderik Miller.

Səbail

Gedənlər: Ağabala Ramazanov (karyerasını başa vurub), Səlahət Ağayev, Vüqar Həsənov (Qəbələ), Bahadur Həziyev (“Şamaxı”, icarə müddəti bitib), Adil Nağıyev, Rafael Məhərrəmli (hər ikisi “Şamaxı”).

Gələnlər: Fərid Nəbiyev (Turan Tovuz), Vüsal Məsimov (Kəpəz), Nihad Quliyev (Qarabağ), Amir Bilali (“Qostivar”, Şimali Makedoniya), Dmitri Litvin (“Lusitaniya”, Portuqaliya), Qorka Laruçça (“Etır”, Bolqarıstan), Mert Çelik (“Başakşehir”, Türkiyə), Gülağa Əsədov (İmişli), Əlirza Müştəbəzadə (Difai), Ayman Bouali (“Ümraniyespor”, Türkiyə), Gitay Sofir (“Hapoel Akko”, İsrail).

Müqaviləsi artırılanlar: Yusif Nəbiyev, Samir Abdullayev, Hüseynəli Quliyev, Rüfət Abdullazadə, Süleyman Əhmədov, Cabir Əmirli.

Araz-Naxçıvan

Gedənlər: Adulla Rzayev, İldar Alekperov (hər ikisi “Sabah”, icarə müddəti bitib), Semir Bukviç, Numan Kurdiç (“Jalgiris”, Litva), Turan Manafov, Zamiq Əliyev (“Eqnatia”, Albaniya), Aksel Nqando, Tural Bayramlı (Turan Tovuz), İsmail Azzaui, Mohammed Kadiri, Elvis Maşike (“Qostivar”, Şimali Makedoniya), Nicat Süleymanov, Orxan Əliyev (Kəpəz).

Gələnlər: Urfan Abbasov, Ülvi İsgəndərov (hər ikisi “Qəbələ”), Ömər Buludov (Neftçi), Tərlan Əhmədli (Turan Tovuz), Turan Vəlizadə (Neftçi), Bəxtiyar Həsənalızadə (“Tuzlaspor”, Türkiyə), Karlos Jatoba (“Politexnika Lasi”, Rumıniya), Felipe Santos (“Hapoel Hayfa”, İsrail), Bernardo Oliveyra Dias, “Benni” (“Uniao Toreense”, Portuqaliya), Ramon Maçado (“Sabah”, Malaziya), Slavik Alxasov (Turan Tovuz), İssuf Paro (“Konkarno”, Fransa).

Müqaviləsi artırılanlar: Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson, Elçin Mustafayev, Ramin Nəsirli, Miço Kuzmanoviç.

Kəpəz

Gedənlər: Vüsal Məsimov (Səbail), Elçin Əlicanov, Junior Martins, Georgi Papunaşvili (hamısı “Zirə”), Adama Niane, Mate Kvirtiya (“Karmiotissa”, Kipr), İqor Rodriges (“Persita”, İndoneziya), Olavale Onanuqa (“Al Nasar”, Küveyt), Amil Yunanov, Kamran İbrahimov (Karvan), Rüfət Əhmədov (Turan Tovuz), Latir Fal (“Makasaar”, İndoneziya).

Gələnlər: Nicat Süleymanov, Orxan Əliyev (hər ikisi “Araz-Naxçıvan”), Lassana Ndiaye (“Botev”, Bolqarıstan), Məmməd Hüseynov (Zirə), Kərim Lkoça (“Santa Koloma”, Andorra), Paulo Rojerio (“Lenk Vilavardense”, Portuqaliya), Redon Mihana (“Erzeni”, Albaniya), Viktor Braqa (“Aqiya di Maraba”, Braziliya). İlkin Qırtımov (Qəbələ), Keverton Resende (“Hersilio Luz”, Braziliya), Rauf Hüseynli (Araz-Naxçıvan).

Müqaviləsi artırılanlar: Yeqor Xvalko, Elmir Tağıyev, Vurğun Hüseynov, Əli Səmədov, Ehtiram Şahverdiyev, Tural Rzayev, Mahir Həsənov.

Şamaxı

Gedənlər: Əkpər Vəliyev, Süleyman Damadayev, Elçin Qasımov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov (Zirə), Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov, Salman Ələsgərov (Qəbələ), Kənan Quliyev, Cəlal Cəbrayılov, Abbas Ağazadə, Bahadur Həziyev (“İmişli”, icarə).

Gələnlər: Kamal Bayramov (Turan Tovuz), İlkin Muradov (Zirə). Rafael Məhərrəmli, Adil Nağıyev (hər ikisi “Səbail”). Georgi Kantariya (“Nejmeh”, Livan), Brahim Konate (“Hapoel Afula”, İsrail), Belajdi Pusi (Turan Tovuz). Rauf Rüstəmli, Fəxri Məmmədli (hər ikisi “Sabah”, icarə), Rikardo Fernandes (“Torrense”, Portuqaliya), Conatan Benteke (“Union Titus Petange”, Lüksemburq), Vasiliye Radenoviç (“GOSK Gabela”, Bosniya və Hersoqovina), Vasiliye Bakiç (“Radniçki”, Serbiya), Leroy Mikels (“Əl Taraji”, Səudiyyə Ərəbistanı).

Müqaviləsi artırılanlar: Səbayıl Bağırov, Abdulla Seyidəhmədov, Emin Zamanov.

HƏBİB / SPORTİNFO.AZ

Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var