COP29

Samir Abasovu qəzəbləndirən, kapitanı peşman edən OLAYLAR

1 Sentyabr 17:45 Premyerliqa 602
Samir Abasovu qəzəbləndirən, kapitanı peşman edən OLAYLAR

Premyer Liqanın 5-ci turunda "Sumqayıt" "Araz Naxçıvan"ı qonaq etdi.

Qonaqların minimal hesablı qələbəsi ilə (0:1) başa çatan qarşılaşmanı izləmək üçün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna ezam olunan Sportinfo.az-ın əməkdaşı matç ərzində yadda qalan bəzi məqamları qələmə alıb.

* "Sumqayıt"ın qapı arxasında görməyə alışdığımız iki azarkeş qrupu bu dəfə fərqli yerdə özlərinə mövqe seçmişdi. "Kimyaçılar" və "Ultras Sumqayıt" fanklubları yan sektora pənah aparmışdılar. Amma yerdəyişmə müvəqqətidir. Növbəti matçlarda hər iki qrup da qapı arxasındakı mövqeyinə dönəcək.

* Qonaq sektorda yerli komanda ilə bərabər, qonaq komandanın da futbolçularının ailələri yer almışdı. Həmin sektor isə yerli fanatların cəm olduğu tribunların əhatəsində idi. Bir nəfərin qısa fasilələrlə 90 dəqiqə "Araz"a dəstək olması ətrafdakıların təəccüblü baxışları ilə qarşılandı.

* Buraxılan qoldan sonra Samir Abasov futbolçusu Rövlan Muradovu döyməyə belə hazır idi. Səbəb yarımmüdafiəçinin rəqibin əks-hücumu zamanı öz mövqeyinə qayıtmaqda gecikməsi idi. Təcrübəli mütəxəssisin sərt təpkisinə Muradov baş yelləməklə reaksiya verdi. Bu, onun öz səhvini başa düşməsinə eyham idi.

* Oyunun sonlarına yaxın qonaqlar üstünlüyünü qorumaq üçün bəzən zaman udmaq üçün yerdə qalırdı. Belə epizodlardan birində Vüqar Mustafayev topu kənara atmalı oldu. Davamında Ramon Maçadonun topu asta sürətlə kənara yollaması kapitanı özündən çıxardı. O, hətta braziliyalıya üz tutaraq "Günah məndədir" - deyərək topu kənara vurduğu üçün özünü qınadı.

XANOĞLAN

Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM