COP29

Azərbaycanda 9 klub 1 milyona yaxın qazancdan məhrum oldu

30 Avqust 23:20 Premyerliqa 1 187
Azərbaycanda 9 klub 1 milyona yaxın qazancdan məhrum oldu

“Qarabağ”ın Çempionlar Liqasında Liqa mərhələsinə adlaya bilməməsi Misli Premyer Liqasının digər klublarının işinə yaramayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionunun pley-off mərhələsində Zaqreb “Dinamo”suna məğlubiyyəti digər klublarımızın UEFA-dan gəlir əldə etməsinə mane olub.

Məsələ burasındadır ki, UEFA-nın proqramına əsasən, bir klubu Çempionlar Liqasının Liqa mərhələsinə adlayan ölkənin yüksək liqa komandaları UEFA-dan həmrəylik ödənişi əldə edirlər.

Həmin məbləğ dəqiq bilinməsə də, bunun 550 min – 1 milyon avro arasında olması gözlənilir.

Yəni “Dinamo” mübarizəni davam etdirdiyindən, Xorvatiya çempionatının hər bir iştirakçısı bu qədər qazanc götürəcək.

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti