COP29

Premyer Liqada yenə gözləmədiyimiz hadisələr baş verəcək? - Hesabat həftəsi

30 Avqust 17:20 Premyerliqa 444
Premyer Liqada yenə gözləmədiyimiz hadisələr baş verəcək? - Hesabat həftəsi

Həftəsonu Premyer Liqada 5-ci turun oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, baş tutacaq matçlar ərəfəsində cütlüklər arasındakı statistik məlumatlarla sizi tanış edirik:

– Turun açılış görüşündə üz-üzə gələcək “Turan Tovuz”la “Səbail” arasında indiyə qədər çempionat çərçivəsində baş tutan 8 oyunun son 7-də hər iki komanda qol vurmağı bacarıb. Bakılılar yalnız 2022-ci ildəki ilk qarşılaşmada rəqib qapısına yol tapa bilməmişdi. Maraqlıdır ki, şəxsi matçlardakı bütün göstəricilər bərabərdir. Hər iki tərəf 2 qələbə qazanıb və 12 qol vurub.

– “Araz-Naxçıvan” uzun fasilədən sonra ötən mövsüm elitaya qayıtdığından, “Sumqayıt”la yalnız keçən mövsüm 4 dəfə qarşılaşıb. Həmin görüşlərin 2-də qələbə qazanan və 2-də bərabərə qalan “Sumqayıt” rəqibinə hələ uduzmayıb. Sumqayıtdakı hər iki görüşdə qonaqlar xalsız qalıblar.

– “Şamaxı” ilə “Neftçi” ölkə çempionatında 75-ci duelinə çıxacaq. “Neftçi”nin böyük üstünlüyü diqqətçəkəndir. Tərəflərin son 14 matçının hamısında rəqibi mərkəzə dəvət etməyi bacaran “ağ-qaralar” son 6 görüşdə məğlubiyyət üzü görməyib. Növbəti qarşılaşmada şəxsi duellərdə “Şamaxı” rəqibin qapısından 70-ci, “Neftçi” isə 120-ci qolu vura bilər. Bunun üçün hər iki komandaya bir top kifayətdir.

– Tovuzda “Sabah”ı qəbul edəcək “Kəpəz” indiyə qədər bu rəqibini heç vaxt məğlub edə bilməyib. 2022-ci ildən bəri komandalar Premyer Liqada 8 dəfə qarşılaşıblar və bunun 6-da “Sabah” qalibiyyətə sevinib. Maraqlıdır ki, “Sabah” “Kəpəz”lə oyunlarda ən azı 2 qol vura bilir.

– Turun mərkəzi oyununda “Zirə” “Qarabağ”ı qəbul edəcək. Geridə qalan 35 matçın cəmi birində qəsəbə təmsilçisi 3 xala sevinə bilib. Bu, ötən ilin avqustuna təsadüf edib. “Zirə” indiyə qədər heç vaxt öz meydanında “Qarabağ”a qalib gələ bilməyib. Hətta ağdamlılar son 5 səfər oyunundan itkisiz dönüb.

Qeyd edək ki, turun oyunları 30 avqust – 1 sentyabr aralığında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti