COP29

“Neftçi”nin büdcəsi var, lakin istənilən futbolçuları transfer edə bilməyiblər”

27 Avqust 17:00 Premyerliqa 1 170
“Neftçi”nin büdcəsi var, lakin istənilən futbolçuları transfer edə bilməyiblər”

Premyer Liqaya uğursuz start verən "Neftçi" və "Kəpəz" hələ də özünə gələ bilmir.

"Ağ qaralar" arxada qalan 4 turda aktivinə cəmi 3 xal yazdıra bilibsə, "Kəpəz"də vəziyyət daha acınacaqlıdır.

Adil Şükürovun yetirmələri məğlubiyyətləri sıralamaqla bərabər, həm də qol vurmadan yola davam edir.

Görəsən, bu iki klubun gələcəyi necə olacaq? Gedişata müdaxilə etmək şansları varmı?

Suallarımıza cavab tapmaq üçün üz tutduq futbol mütəxəssisi Azər Bağırova.

Təcrübəli məşqçi adıçəkilən klubların düşdüyü böhranı belə şərh edib:

"Neftçi" cəmi 1 oyunda məğlub olub. Amma ortada oyun yoxdur. Komandanın büdcəsi var. Lakin istənilən futbolçuları transfer edə bilməyiblər.

Bəli, fərdi olaraq yaxşı oyunçular var. Bir komanda yaratmaq daha çətindir, nəinki yaxşı oyunçu transfer etmək.

Baş məşqçinin oyun üslubu seçilir. Ortada anlaşma yox səviyyəsindədir. Məsələn, son oyunda "Araz Naxçıvan" bütün komponentlərdə "Neftçi"ni üstələdi.

Sadəcə son saniyədə gələn qol məğlubiyyətin önünə keçdi. "Neftçi" düzələnə oxşamır.

"Kəpəz"də isə maliyyə sıxıntısı var. Yeqor Kvalkonu çıxmaq şərtilə bütün legioner heyəti komandanı tərk etdi. Bütün əcnəbilər yenidir. Oxşar mənzərədir.

"Kəpəz", ümumiyyətlə, epizod yarada bilmir. Sanki məğlubiyyətlərdən sonra futbolçularda inamsızlıq var. Hər iki komandaya da uğurlar arzulayıram. Daha yaxşı olmalarını istərdik".

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti