COP29

"Sabah"ın bölgə klubu ilə bağlı planı GERÇƏKLƏŞDİ

2 Avqust 09:40 Premyerliqa 1 639
"Sabah"ın bölgə klubu ilə bağlı planı GERÇƏKLƏŞDİ

"Şamaxı" Azərbaycan Premyer Liqasının birinci turunu səfərdə keçirməli olacaq.

Öncədən açıqlanan təqvimə əsasən bölgə klubu 4 avqust doğma divarlar arasında "Sabah"ı qonaq etməliydi.

Amma "tələbələr"in rəhbərliyi Konfrans Liqasında iştiraklarını nəzərə alaraq, qarşı tərəfdən oyunun Bakıda keçirilməsini xahiş edib.

"Şamaxı" tərəfi müraciətə müsbət reaksiya verib.

Peşəkar Futbol Liqası ən qısa müddətdə bu barədə qərarını rəsmi açıqlayacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti