COP29

Premyer Liqanın transfer bazarında ən son vəziyyət – YAY BAZARLIĞI

8 İyul 20:40 Premyerliqa 2 027
Premyer Liqanın transfer bazarında ən son vəziyyət – YAY BAZARLIĞI

Premyer Liqa klublarının yay bazarlığı davam edir.

İyunda susqun görünənlərin iyuldakı fəallığı bir xeyli artıb.

Klubların yollarını ayırdığı və heyətinə yeni cəlb etdiyi futbolçuların siyahısını təqdim edirik.

Avrokubok təmsilçilərimizin transfer bazarında aram addımlar atması hər nə qədər düşündürsə də, bir o qədər anlaşılandır. Tələsik və yanlış qərarlar qəbul etməkdən ehtiyatlanırlar.

Qarabağ

Gedənlər: Maksim Medvedev (karyerasını bitirib), Adama Diakabi, Andrey Lunyov (“Dinamo”, Moskva).

Gələnlər: Musa Qurbanlı (“Yurqarden”, İsveç), Fabiyan Buntiç (“Vizela”, Portuqaliya)

Müqaviləsi artırılanlar: Riçard Almeyda, Abdullah Zubir.

Zirə

Gedənlər: Vladislav Kulaç, Sezar Meza Kolli, İlkin Muradov (Şamaxı), Rəhim Sadıxov (Sumqayıt), Dmitrios Çantakias.

Gələnlər: Aydın Bayramov (Turan Tovuz), Elçin Əlicanov, Junior Martins (hər ikisi “Kəpəz”), Davit Volkov (Sabah), Ange Mutsinzi (“Jerv”, Norveç).

Müqaviləsi artırılanlar: Qismət Alıyev, Anar Nəzirov, Fuad Bayramov.

Sabah

Gedənlər: Kristian Sebalyos, Davit Volkov (Zirə), Kristian da Silva (Turan Tovuz), Maruan Hadudi, Emmanuel Epah.

Gələnlər: İvan Lepinitsa (“Slaven Belupo”, Xorvatiya). Coy-Lens Mikels (“Əl-Faysal”, Səudiyyə Ərəbistanı), Neboş Kupusoviç (“Trençin”, Slovakiya).

Müqaviləsi uzadılan: Kahim Parris (“Dinamo”, Kiyev).

Sumqayıt

Gedənlər: Erik Sorqa, Orxan Sadıqlı, Abu Dosso, Oktavio Manteka, Masaki Murata.

Gələnlər: Rəhim Sadıxov (Zirə), Fernando Medeyros (“Eqnatiya”, Albaniya).

Neftçi

Gedənlər: Ömər Buludov (Araz-Naxçıvan), Eddi İsrafilov, Aqil Məmmədov, Ataa Caber, Reziuan Mirzov (“Ximki”, Rusiya).

Gələnlər: Emil Səfərov (Qəbələ), Edvin Kuç (“Balkani”, Kosova).

Turan Tovuz

Gedənlər: Fərid Nəbiyev (Turan Tovuz). Tərlan Əhmədli (Araz-Naxçıvan), Aydın Bayramov (Zirə), Kamal Bayramov (Şamaxı).

Gələnlər: Tural Bayramlı (Araz-Naxçıvan), Sergey Samok (“KamAz”, Rusiya), İvan Konovalov (“Baltika”, Rusiya), Kristian da Silva (Sabah).

Müqaviləsi artırılanlar: Şəhriyar Əliyev, Aleks Souza, Emanuel Hakman, Alexandro Serrano, Ayxan Hüseynov, Sadiq Quliyev, Otto Con, Faiq Hacıyev, Xəyal Nəcəfov, Eltun Turabov, Denis Marandiçi, Xəyal Nəcəfov.

Səbail

Gedənlər: Ağabala Ramazanov (karyerasını başa vurub), Səlahət Ağayev, Vüqar Həsənov (Qəbələ), Bahadur Həziyev, Adil Nağıyev, Rafael Məhərrəmli (hər ikisi “Şamaxı”).

Gələnlər: Fərid Nəbiyev (Turan Tovuz), Vüsal Məsimov (Kəpəz), Nihad Quliyev (Qarabağ), Amir Bilali (“Qostivar”, Şimali Makedoniya).

Müqaviləsi artırılanlar: Yusif Nəbiyev, Samir Abdullayev, Hüseynəli Quliyev, Rüfət Abdullazadə, Süleyman Əhmədov, Cabir Əmirli.

Araz-Naxçıvan

Gedənlər: Adulla Rzayev, İldar Alekperov, Semir Bukviç, Numan Kurdiç, Turan Manafov, Zamiq Əliyev (“Eqnatia”, Albaniya), Aksel Nqando, Tural Bayramlı, İsmail Azzaui, Mohammed Kadiri, Elvis Maşike, Nicat Süleymanov, Orxan Əliyev.

Gələnlər: Urfan Abbasov, Ülvi İsgəndərov (hər ikisi “Qəbələ”), Ömər Buludov (Neftçi), Tərlan Əhmədli (Turan Tovuz), Turan Vəlizadə (Neftçi), Bəxtiyar Həsənalızadə (“Tuzlaspor”, Türkiyə), Karlos Jatoba (“Politexnika Lasi”, Rumıniya).

Müqaviləsi artırılanlar: Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson, Elçin Mustafayev, Ramin Nəsirli, Miço Kuzmanoviç.

Kəpəz

Gedənlər: Vüsal Məsimov (Səbail), Elçin Əlicanov, Junior Martins (hər ikisi “Zirə”), Adama Niane, Mate Kvirtiya, İqor Rodriges, Olavale Onanuqa, Georgi Papunaşvili.

Gələn: Nicat Süleymanov (Kəpəz).

Müqaviləsi artırılan: Yeqor Xvalko, Elmir Tağıyev.

Şamaxı

Gedənlər: Əkpər Vəliyev, Süleyman Damadayev, Elçin Qasımov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov (Zirə), Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov, Salman Ələsgərov (Qəbələ), Kənan Quliyev.

Gələnlər: Kamal Bayramov (Turan Tovuz), İlkin Muradov (Zirə). Rafael Məhərrəmli, Adil Nağıyev (hər ikisi “Səbail”). Georgi Kantariya (“Nejmeh”, Livan), Brahim Konate (“Hapoel Afula”, İsrail), Belajdi Pusi (Turan Tovuz). Rauf Rüstəmli (“Sabah”, icarə), Rikardo Fernandes (“Torrense”, Portuqaliya), Lubeni Haukonqo (“Keyp Taun Spurs”, CAR).

Müqaviləsi artırılanlar: Səbayıl Bağırov, Abdulla Seyidəhmədov, Emin Zamanov.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?